“Rusiya prezidenti Vladimir Putin Kubaya nəhəng nüvə sualtı qayığı göndərməklə Qərb ölkələrinə mesaj verir”.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Express” qəzeti yazır.
Nəşr hesab edir ki, Rusiyanın bu yaxınlarda Kubada nüvə sualtı qayığı yerləşdirməsi Qərbə xəbərdarlıqdır.
Rusiyanın “Kazan” nüvə sualtı qayığı və “Admiral Qorşkov” freqatı Arktikadakı bazalarını tərk etdikdən sonra Vaşinqton və onun müttəfiqləri onların hər bir addımını izləyib. Gəmilər iyunun 12-də dəqiq silahlardan istifadə üzrə təlimləri başa vurduqdan sonra Kubaya gəliblər.
Bundan əvvəl Kuba Prezidenti Migel Diaz-Kanel Bermudes Rusiya gəmilərinin səfərinin ikitərəfli əlaqələr üçün əhəmiyyətini xüsusi qeyd edib.
“Daily Express” Rusiya hərbi-dəniz gücünün artıtılmasını təhlükəli hesab edir.
Burhan,
KONKRET.az