Putin Lavrovun sözlərinə görə İsraildən ÜZR İSTƏDİbackend

Putin Lavrovun sözlərinə görə İsraildən ÜZR İSTƏDİ

Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, İsrail Baş naziri Naftali Bennetdən üzr istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin dəftərxanası məlumat yayıb.

Bildirilib ki, Bennet üzrxahlığı qəbul edib və izahat üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, Sergey Lavrov Ukrayna Prezidenti Vladimir Zelenskinin yəhudi əsilli olmasına münasibət bildirərkən nasist lider Adolf Hitlerin də yəhudi qanı daşıdığını, ən qızğın antisemitlərin yəhudilər olduğunu söyləmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*