Putin-Lukaşenko görüşünün vaxtı AÇIQLANDI – YENİLƏNİBbackend

Putin-Lukaşenko görüşünün vaxtı AÇIQLANDI - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenkonun görüşəcəyi tarix müəyyənləşib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Lukaşenko favralın 18-də Moskvaya səfər edəcək.

Liderlər ikitərəfli əlaqələr və regional məsələlər barədə danışacaqlar.

Qeyd edək ki, dövlət başçıları arasında sonuncu görüş 2021-ci il dekabrın 29-da olmuşdu.

***

 14:15
Rusiya Prezidenti Vladimir Putinlə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında görüşün gündəliyi açıqlanıb.

KONKRET.az-ın xəbərinə görə, Belarusun xarici işlər naziri Vladimir Makey mətbuat konfransında bildirib ki, iki ölkə liderləri təhlükəsizlik sahəsindəki durum, iqtisadi əməkdaşlıq, Qərb ölkələrinin saksiyalarına qarşı birgə mübarizə və digər məsələləri müzakirə edəcəklər.

“Əslində həmişə olduğu kimi, bu dəfə bütün mövzular müzakirə oluna bilər”, – nazir vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Kreml yaxın vaxtlarda V.Putinlə A.Lukaşenko arasında görüşün olacağını açıqlamışdı. Görüşün dəqiq tarixi isə hələlik məlum deyil./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*