“Vladimir Putinin Ukraynadakı vəziyyətə görə Rusiyada ümumi səfərbərlik elan etməyi planlaşdırdığı barədə məlumatlar reallığa uyğun deyil”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib. O, Qərb mətbuatında gedən məlumatların həqiqəti əks etdirmədiyini dilə gətirib: “Bu, doğru deyil, cəfəngiyyatdır. Belə xəbərlərə məhəl qoyulmamalıdır”.
Mayın 9-da rəsmi müharibə elan olunma ehtimalı ilə bağlı suala isə Peskov, “Yox, biz bu suala artıq cavab vermişik, bu, cəfəngiyyatdır” – o vurğulayıb.
Xatırladaq ki, CNN ABŞ və digər Qərb ölkələrinin rəsmilərinə istinadən 9 may Qələbə Günündə Putinin Ukraynaya rəsmən müharibə elan edəcəyini açıqlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
