backend

"Putin Mnatsakanyanla görüşməyəcək" - Dmitri Peskov

Rusiya lideri Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə müntəzəm əlaqə saxlayır. Bu günlərdə Rusiyaya gələcək Ermənistan Xarici İşlər Nazirliyinin başçısı ilə görüşməyəcək.

KONKRET.az xəbər verir ki, bu haqda nəlumatı RİA Novosti agentliyi Rusiya liderinin mətbuat katibi Dmitri Peskova istinadən yayıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RİA Novosti-yə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrovun oktyabrın 12-də erməni həmkarı Zohrab Mnatsakanyan ilə danışıqlar aparacağını deyib.

“Bu anda Putinin erməni nazirlə görüşü olmayacaq. Siz Mnatsakanyanın rusiyalı həmkarı Lavrovla yaxın dialoq qurduğunu bilirsiniz. Putin Paşinyanla müntəzəm telefon danışığı aparır. Bu dialoq davam edəcək” – Peskov jurnalistlərə Putin və Mnatsakanyan arasında görüşün baş tutub-tutmayacağı haqda suala cavab olaraq bildirib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*