Putin müharibə istəyir, amma sentyabrda… – Zelenskibackend

Putin müharibə istəyir, amma sentyabrda... - Zelenski

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmaq niyyətində deyil. Lakin diplomatik cəbhədə sülh prosesi ilə bağlı mühüm nailiyyətlər əldə etmək mümkündür.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Təəssüf ki, hazırda həm bizim, həm də tərəfdaşlarımızın bütün kəşfiyyat məlumatları Rusiya liderinin şəxsən müharibə istədiyini göstərir”, – deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, Rusiya cəmiyyətinin böyük əksəriyyəti artıq təmas xətti boyunca müharibənin dayanmasını istəyir:

“ABŞ prezidentinin nümayəndələrinin nəyə nail ola biləcəyini görəcəyik. Sentyabr çox şeyi dəyişə bilər və biz tərəfdaşlarımızla birlikdə insanları qorumaq və sülhü təşviq etmək üçün əlimizdən gələni etməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*