“Putin nüvə silahından istifadə edə bilməyəcək, çünki əmrinə ƏMƏL OLUNMAYACAQ” – Qrozevbackend

"Putin nüvə silahından istifadə edə bilməyəcək, çünki əmrinə ƏMƏL OLUNMAYACAQ" - Qrozev

“Putin nüvə silahından istifadə edə bilməyəcək, çünki əmr yerinə yetirilməyəcək”.

KONKRET.az xəbər verir ki, bu fikri Bellingcat-ın araşdırmaçı jurnalisti Xristo Qrozev Ukrayna telekanallarından birinin efirində səsləndirib.

Bütün dünyanın qorxduğu və Vladimir Putinin hədələdiyi nüvə müharibəsi baş tutmaya bilər. Çünki Kreml rəhbəri müvafiq göstəriş versə belə, yəqin ki, qırmızı düyməyə basılmayacaq.

Araşdırmaçı jurnalist Rusiyanın nüvə silahından istifadə imkanlarını nəzərdən keçirdiyinə diqqət çəkib. Bu kontekstdə o, artıq bir aydır ki, bunkerdə gizlənən Putini xatırladıb.

Qrozev “Rusiya xüsusi xidmət orqanlarının adamlarına” istinad edərək bildirib ki, Kiyevin tam ələ keçirilməməsi halında Vladimir Putin nüvə silahından istifadəyə göstəriş verə bilər. Lakin o, sərəncamın sadəcə olaraq icra olunmayacağından qorxur.

“Bu “qırmızı düymə” mövcuddur, lakin nüvə ehtiyatı olan raket havaya qalxmazdan əvvəl bütün bu təlimatları zəncirvari şəkildə yerinə yetirməli olan beş nəfər var. Mənbələrimiz əmindir ki, bu beş nəfərdən ən azı bir neçəsi bu əmrə əməl etməyəcək.

Putin belə bir riskin olduğunu başa düşür, ona görə də bu əmri verməyəcək”,- deyə jurnalist bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*