Putin Orxan Camalın qətlini müzakirə etdibackend

Putin Orxan Camalın qətlini müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Afrika Respublikasının lideri Tuadera Fosten-Arkanjla rus jurnalistlərin bu ölkədə öldürülməsi ilə bağlı aparılan istintaqa dair müzakirə edib.

KONKRET.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti informasiya yayıb.

Liderlər günahkar şəxslərin aşkara çıxmasına qədər istintaqın aparılması məsələsində razılığa gəliblər.

Qeyd edək ki, 2018-ci ilin yayında Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən qeyri-formal silahlı qrup olan “Vaqner” barədə film çəkmək üçün həmin ölkəyə səfər ediblər. Onları həmin qrupun yerləşdiyi bazaya, təlim məşq düşərgəsinə buraxmayıblar. Jurnalistlərin MAR-da fəaliyyət göstərmələri üçün akkreditasiyaları da olmayıb.

Jurnalist qrupunun MAR-na “Vaqner” barədə film çəkmək üçün rusiyalı müxalif milyarder Mixail Xodorkovski tərəfindən göndərildiyi bildirilib.

Xatırladaq ki, Rusiyanın tanınmış hərbi jurnalisti, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, islamşünas Heydər Camalın oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*