Rusiya prezidenti Vladimir Putin “Financial Times”-ın jurnalistinin “ən çox heyran olduğunuz lider kimdir?-sualına “1-ci Pyotr”,- deyə cavab verib.
Müasir siyasətçilərdən isə o Şak Jirakın adını çəkib. “Bir prezident kimi onun hər mövzuda öz fikirləri var idi, onu müdafiə etməyi bilirdi, həmişə həmkarlarının fikirlərinə də hörmətlə yanaşardı”,- deyə Putin əlavə edib. O, vurğulayıb ki, Şirak intellektual və əsl bir professor kimi çox maraqlı və ağır çəkili şəxs olub.
Qeyd edək ki, Şak Şirak 1995-ci ildən 2007-ci ilə qədər Fransanın prezidenti olub.
