Putin Rusiya müsəlmanlarını belə TƏBRİK ETDİbackend

Putin Rusiya müsəlmanlarını belə TƏBRİK ETDİ

Rusiya Prezidenti Vladimir Putin Qurban bayramı münasibətilə Rusiya müsəlmanlarını təbrik edib.

KONKRET.az  xəbər verir ki, Kremlin saytında yerləşdirilən təbrik mətnində prezident islam dəyərlərinin, millətlərarası konsensusun möhkəmləndirilməsinin və Rusiyanın mədəni müxtəlifliyinin qorunmasının vacibliyini qeyd edib.

“Kökü əsrin dərinliklərinə gedib çıxan bu qədim bayram, islamın tarixinə və dəyərlərinə inananlara müraciət edir, mərhəmətə, ədalətə və təqvaya, ətraf aləmi qorumağa və ona ürəkdən yanaşmağa çağırır”, – deyə təbrikdə bildirilib.

“Bütün səmavi dinlərin təməlində dayanan bu yüksək humanist, təbii ideallar, möhkəm birləşdirici gücə xidmət edir, cəmiyyətdə millətlərarası konsensusun möhkəmlənməsinə, bizim xalqlarımızın özlərinin yaratdığı ənənələrin və mədəni müxtəlifliyin qorunun saxlanılmasına imkan verir”, – Rusiya Prezidentinin təbrik məktubunda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*