Putin Rusiya müsəlmanlarının bayramını TƏBRİK ETDİbackend

Putin Rusiya müsəlmanlarının bayramını TƏBRİK ETDİ

Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidentinin təbrik mesajında ​​deyilir:

“Hər bir müsəlman üçün əlamətdar olan bu dini bayram, müqəddəs “Quran”ın əsasını təşkil edən yüksək mənəvi təqva, ədalət və mərhəmət, yaxınlarına sevgi simvoludur. Qeyd etmək istərdim ki, əsrlər boyu davam edən İslam ənənələrini dəstəkləməklə müsəlmanlar ölkəmizin mədəni müxtəlifliyinin qorunmasında əhəmiyyət kəsb edir, cəmiyyətdə millətlərarası harmoniyanın möhkəmlənməsinə öz töhfələrini bəxş edirlər”.

Rusiya lideri müsəlmanlara xeyirxah işlər görmək üçün cansağlığı, xoşbəxtlik, enerji və qüvvətli olmağı diləyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*