“Putin səfərbərlik elan etməklə hakimiyyətinin ömrünü qısaltdı” – Politoloqbackend

“Putin səfərbərlik elan etməklə hakimiyyətinin ömrünü qısaltdı” - Politoloq

“Putin səfərbərlik elan etməklə hakimiyyətdə olduğu müddət üçün geri sayıma başlatdı”

KONKRET.az xəbər verir ki, bu barədə ukraynalı politoloq Yevgeni Maqda “Espreso” telekanalının efirində danışıb. Politoloq səfərbərliyin Rusiyaya təsirindən danışıb.

Rusiya Ukraynaya müharibə elan edəcəkmi? sualına o belə cavab verib:

“Düşünürəm ki, yox, çünki Rusiya Ukraynaya müharibə elan etməklə onun subyektiv bərabərliyini tanıyır. Müharibə yalnız bərabər dövlətdə elan edilə bilər. Buna görə də Rusiya Federasiyası yeni torpaqların Rusiya Federasiyasının tərkibinə daxil edilməsini imitasiya etdikdən sonra oktyabrın əvvəlində antiterror əməliyyatının elan ediləcəyi ilə bağlı məlumat yayır”.

Maqda səfərbərliyin Rusiyaya təsiri barədə öz baxışından danışıb.

“Səfərbərlik Rusiyanı dəyişəcək, Çünki ölən əsgərlərin tabutları və ya kisələrdə meyitləri müxtəlif bölgələrə gedir. Səfərbərliyi elan etməklə, Putin hakimiyyətdə olduğu müddət üçün faktiki olaraq geriyə saymağa başlatdı. İnsanlar müharibədən keçib içəridən rus ordusunun necə olduğunu görəcək. Bunların şahidləri isə öldürülən rus hərbçilərinin ailələri olacaq”, – deyə politoloq fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*