Rusiya Prezidenti Vladimir Putin soydaşımızı mükafatlandırıb.
KONKRET.AZ xəbər verir ki, o, soydaşımıza orden verilməsi ilə bağlı fərman imzalayıb. Belə ki, Rusiya Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin direktor müavini Tələt Əliyev “Dostluq” ordeninə layiq görülüb.
Rusiya Prezidentinin bununla bağlı fərmanı oktyabrın 28-də dərc olunub.
