Putin Tank Ordusunun komandiri, general Sergey Kiseli vəzifəsindən QOVDUbackend

Putin Tank Ordusunun komandiri, general Sergey Kiseli vəzifəsindən QOVDU

Qərb Hərbi Dairəsinin 1-ci Tank Ordusunun komandiri Sergey Kisel vəzifəsindən uzaqlaşdırılıb.

KONKRET.az xəbər verir ki, Kreml Qərb Hərbi Dairəsinin 1-ci Tank Ordusunun komandiri Sergey Kiseli vəzifəsindən azad edib.

General-leytenant minlərlə əsgər və zabiti Ukraynada keçiriləcək xüsusi əməliyyata texniki və mənəvi cəhətdən hazır olmadığı üçün işdən çıxarılıb.

Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Sergey Kiselin komandanlığı altında rus tankları Çerniqov və Sumı vilayətlərinin ərazisinə soxulub.

Onun sözlərinə görə, 11161 saylı hərbi hissənin (Bakovka) general-leytenantı “xüsusi hərbi əməliyyat” adlandırılan əməliyyatın uğursuzluğu, çağırışçı əsgərlərin Ukraynada hərbi əməliyyatlara cəlb edilməsi, hərbi qulluqçular arasında külli miqdarda itkilər və verilmiş tapşırıqların yerinə yetirilməməsi səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.

“Məhz onun tankları Çerniqov və Sumı vilayətlərinin bataqlıqlarında elementar xəritələr olmadan ilişib qalıb. Yüzlərlə təslim olan onun əsgərləri olub. Sergey Kisel də Putinin digər generalları kimi hərbi cinayətkardır. O, ukraynalıların – uşaqların, qadınların, qocaların ölümünə görə, məsuliyyət daşıyır.  Onun üçün ən yaxşı variant özünü güllələməkdir. O, bu səhər bunu edibsə, təəccüblənmərəm”, – deyə Ukrayna  Daxili İşlər Nazirliyinin nümayəndəsi yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*