Putinlə Tokayevin görüşü bitdi – YENİLƏNİBbackend

Putinlə Tokayevin görüşü bitdi - YENİLƏNİB

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev arasında danışıqlar başa çatıb.

KONKRET.az xəbər verir ki, görüş 3,5 saatdan çox davam edib.

Danışıqlar zamanı prezidentlər Rusiya-Qazaxıstan müttəfiqlik münasibətlərinin gələcək inkişaf perspektivlərini, Avrasiya məkanında inteqrasiya əməkdaşlığı məsələlərini və aktual beynəlxalq problemləri müzakirə ediblər.

Xüsusilə, söhbətin protokol hissəsində prezidentlər yanvar ayında Qazaxıstanda baş vermiş etiraz aksiyalarını müzakirə ediblər.

16:11

Rusiya Prezidenti Vladimir Putinlə bu ölkədə səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında danışıqlar başlayıb.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, görüş Kremldə keçirilir.

“Qazaxıstan yanvar ayında beynəlxalq dəstələrin qurbanı olub. Ölkə hakimiyyətin səyləri nəticəsində ayaqda möhkəm dayanıb”, – deyə Putin görüşdə bildirib.

Tokayev isə öz növbəsində, iğtişaşlar zamanı çox sayda qurbanın olmasından narahatlıq duyduğunu söyləyib və bütün günahkarların cəzalandırılacağına dair söz verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*