Putin: “Ümid edirəm ki, koronavirusa qarşı peyvənd ən yaxın gələcəkdə Rusiyada hazırlanacaq”backend

Putin: “Ümid edirəm ki, koronavirusa qarşı peyvənd ən yaxın gələcəkdə Rusiyada hazırlanacaq”

Rusiya Prezidenti Vladimir Putin yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı peyvəndin ən yaxın gələcəkdə Rusiyada hazırlanacağına ümid etdiyini deyib.

KONKRET.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Vladimir Putin səhiyyə işçiləri ilə görüşündə bildirib. 

“Gəlin ümid edək ki, ən yaxın gələcəkdə peyvənd hazır olacaq. Əlbəttə ki, bununla bərabər, dərman vasitələrimiz var. Qiymətləndirmələrə əsasən belə düşünürəm ki, istifadə keyfiyyəti və təmizliyi baxımından istehsal etdiyimiz dərmanlar bəlkə də hazırda dünyada ən yaxşılardandır”, – deyə V. Putin qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*