Putin və Buşun rus qızları ilə rəqs edərkən görüntüsü yayıldı – VİDEObackend

Putin və Buşun rus qızları ilə rəqs edərkən görüntüsü yayıldı – VİDEO

Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın sabiq prezidenti Corc Buşun birlikdə rəqs etdiyi görüntüləri yayımlayıb.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, görüntülər 2008-ci ildə Soçidə çəkilib.

Həmin ildə Putin ilə görüşən Buşun şərəfinə axşam yeməyi təşkil olunub. Ziyafətdə ABŞ-ın sabiq prezidenti və Putin rus rəqqasələrlə səhnəyə çıxıb. Rusiyanın köhnə  “Madam, Madam” adlı mahnısının sədaları altında Putin və Buşun qızlarla rəsq etməsi diqqət çəkib.

Qeyd edək ki, Sovetlər birliyinin dağılmasından sonra Rusiya Federasiyası yaranıb. Ölkənin ilk prezidenti Boris Yeltsin olub. Daha sonra Yeltsinin imzaladığı qərarnamə ilə 2000-ci ildə Vladimir Putin hakimiyyətə gəlib. Ölkədə rəhbərliyinin 20-ci ildönümü ilə əlaqədar Kremlin mətbuat xidməti Putinin gizli saxlanılan bir çox maraqlı görüntülərini yayımlamağa başlayıb.

KONKRET.AZ sözügedən Putin və Buşun rəqs görüntülərini təqdim edir:

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*