Putin və Rusiya Baydenin kabusuna ÇEVRİLDİbackend

Putin və Rusiya Baydenin kabusuna ÇEVRİLDİ

ABŞ Prezidenti Cozef Bayden Rusiya ilə əlaqədar çıxışında yenə çətin vəziyyətdə qalıb və “eskalasiya” sözünü tələffüz edə bilməyib.

KONKRET.az xəbər verir ki, Amerika liderinin çıxışı “ABC News” tərəfindən yayımlanıb.

“Bunun bir çoxunuzu narahat etdiyini bilirəm, ancaq Putinə esk, esk, esk… istəmədiyimizi açıq şəkildə bildirdim – bağışlayın – eskalasiya”, – Bayden qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti bundan öncə də ölkələr arasındakı münasibətlərə dair çıxışı zamanı da, Rusiya lideri Vladimir Putinin adını tələffüz edə bilməyib. O, Rusiya liderini “Prezident Klutin” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*