Çində Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş başlayıb.
KONKRET.az xəbər verir ki, görüş zamanı Donald Tramp Vladimir Putinlə münasibətlərinin əla olduğunu bildirib. O, danışıqların yekununda mühüm və müsbət nəticələrin əldə oluna biləcəyini vurğulayıb.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin görüşü Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutur.
