Azərbaycanın Əməkdar müəllimi, tarix elmləri doktoru, professor Nuru Məmmədov vəfat edib.
KONRKET.az xəbər verir ki, bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib.
N.Məmmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Nuru Zeynalabdin oğlu Məmmədov 1946-cı il yanvarın 1-də indiki Ermənistanın Masis rayonunun Aşağı Necili kəndində anadan olub.
1965-1969-cu illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsində təhsil alıb. Ali məktəbi fərqlənmə diplomu ilə bitirib.
O, uzun illər Bakı Dövlət Universitetində çalışıb. Bundan başqa, Gəncə Dövlət Universitetində kafedra müdiri işləyib. Alimin 100-dən çox elmi əsəri nəşr olunub.
Prezident İlham Əliyevin 2019-cu il noyabrın 26-da imzaladığı sərəncamla Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
N.Məmmədov Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü idi.
