Putin “Vikipediya”nın dəyişdirilməsini təsdiqlədi – “Biz bu platformadakı məlumatların keyfiyyətini bilirik”backend

Putin “Vikipediya”nın dəyişdirilməsini təsdiqlədi – “Biz bu platformadakı məlumatların keyfiyyətini bilirik”

Rusiya prezidenti Vladimir Putin “Znanie” cəmiyyətinin direktoru Maksim Dreval ilə görüşü zamanı “Vikipediya”ya alternativin yaradılmasını yüksək qiymətləndirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Putin “Vikipediya”nın dəyişdirilməsini təsdiqləyib.

Rusiya liderinin sözlərinə görə, bu platformada məlumatın etibarlılığı və keyfiyyəti ilə bağlı nöqsanlar yeni alternativin yaradılmasını zəruri edir.

Öz növbəsində Maksim Dreval qeyd edib ki, rəhbərlik etdiyi Cəmiyyət artıq internet ensiklopediyasını formalaşdırır və bu, “Vikipediya”nı əvəz edə bilər. Orada yalnız etibarlı məlumatlar olan məzmun dərc ediləcək.

“Gözəl və istedadlı şəkildə təqdim edilən dərin məlumat vacibdir. Buna təlabat çoxdur. Təkcə “Vikipediya”dan istifadə etmək mümkün deyil. Biz bu platformadakı məlumatların keyfiyyətini bilirik” – deyə Putin cavab verib.

Xatırladaq ki, martın sonunda Roskomnadzor Wikipedia resursu ilə bağlı inzibati xəta haqqında protokol tərtib etməyi planlaşdırdığını açıqlayıb. Çünki qadağan olunmuş və qanunsuz materiallar saytdan çıxarılmayıb. İnternet platforması Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı xüsusi hərbi əməliyyatı mövzusunda yalan məlumatlar dərc edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*