Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Moskvaya dəvət edib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.
Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri 9 oktyabrda Moskvaya dəvət olunur.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ölənlərin cəsədlərinin və əsirlərin mübadiləsi üçün humanitar səbəblərdən Qarabağdakı hərbi əməliyyatların dayandırılmasına çağırıb.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyanla bir sıra telefon danışıqlarından sonra Rusiya Federasiyasının Prezidenti ölənlərin cəsədlərini və əsirləri mübadilə etmək üçün humanitar səbəblərdən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılmasına çağırır”. Kremlin yaydığı mesajda belə deyilir.
Babək Göyüş