Putindən nazirə Qarabağla bağlı sual: “Əgər mülki əhaliyə əlavə yardım lazımdırsa…”backend

Putindən nazirə Qarabağla bağlı sual: “Əgər mülki əhaliyə əlavə yardım lazımdırsa...”

Rusiya Prezidenti Vladimir Putin fövqəladə hallar naziri Yevgeni Ziniçevdən Dağlıq Qarabağdakı əhaliyə əlavə yardım göstərilməsi imkanları barədə məruzə etməsini istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Yevgeni Nikolayeviç, əgər mülki əhaliyə əlavə yardım lazımdırsa, dərhal reaksiya vermək üçün nazirliyin hansı imkanları var?”, – deyə V.Putin bildirib.

Y.Ziniçev isə öz növbəsində bildirib ki, qərarın qəbul edilməsindən səkkiz saat sonra oraya xüsusi qrupun göndərilməsini təşkil etməyə hazırdır.

“Rusiya FHN Qarabağa yerli əhaliyə tibbi yardım üçün aeromobil hospital və personal göndərməyə hazırdır”, – deyə nazir qeyd edib.modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*