Putinə qarşı təxribat törədilib.
KONKRET.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Lujniki stadionunda Krımın Rusiyaya birləşdirilməsinin səkkizinci ildönümü münasibətilə keçirilən konsert-mitinqdə çıxış edib.
Vladimir Putinin “Rossiya24” kanalında etdiyi çıxış yarımçıq kəsilib.
Belə ki, Rusiya Prezidenti Krımın ilhaqı ilə bağlı tədbirin keçirildiyi Lujnikiyə gəlib. Vladimir Putin Müqəddəs Yazılardan sitat gətirən zaman veriliş kəsilib və ekranda Oleq Qazmanov görünüb.
Bunu “texniki səbəb” adlandırsalar da ortada təxribatın olduğu şübhələri var.
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
