Putinə təbrik zəngləri olmayacaq! – ABŞ Dövlət Departamentibackend

Putinə təbrik zəngləri olmayacaq! - ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti Rusiyada dünən başa çatan seçki hadisəsinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Rusiyadakı seçkiləri belə təsvir edib:

“Bu, inanılmaz dərəcədə qeyri-demokratik proses idi”.

“Amerika Birləşmiş Ştatlarından Putinə təbrik zənglərinin olmayacağını əminliklə söyləmək olar”, – Patel bildirib.

Qərb hökumətləri Rusiyada keçirilən prezident seçkisini ədalətsiz və qeyri-demokratik adlandırıb. Hindistan, Çin və Şimali Koreya Kreml liderini hakimiyyətinin daha 6 il uzadılması münasibətilə təbrik ediblər.

Vladmir Putin 87 faiz səs toplamaqla yenidən Rusiya prezidenti seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*