Putinin ardınca Mariya Zaxarovaya da qarşı təxribat olub.
KONKRET.az xəbər verir ki, bu gün Krımın ilhaqı ilə bağlı Moskvada Lujnikidə bayram tədbiri keçirilir. Tədbirdə Vladimir Putin və digər rəsmilər iştirak edir.
Tədbir “Rossiya24” kanalında canlı yayımlanır. Putinin çıxışı zamanı efir yarımçıq dayandırılıb və Oleq Qazmanovun çıxışı verilib.
Tədbirdə Mariya Zaxarova, Tina Kandelaki və Marqarita Simonyan da iştirak edir.
Zaxarova çıxışına başlayıb və yenə səs kəsilib.
“Məndən tez-tez soruşurlar ki, sizin ölkəniz, Rusiyanız hansı dəyərləri müdafiə edir”, – deyə Zaxarova çıxışına başlayıb və bundan sonra onun nə dediyini eçidən olmayıb.
Bundan sonra yayımın səsi kəsilib.
Xuraman Etibarlı,
KONKRET.az
