Putinin ən yaxın adamı olan yəhudi oliqarxın əmlakı MÜSADİRƏ EDİLDİ – FOTOLARbackend

Putinin ən yaxın adamı olan yəhudi oliqarxın əmlakı MÜSADİRƏ EDİLDİ - FOTOLAR

İsveçrə hökuməti Ukraynadakı müharibəyə görə sanksiyalara məruz qalan rusiyalı oliqarx Peter Avenə məxsus əmlakı müsadirə edib.

KONKRET.az Reuters-ə istinadən xəbər verir ki, oliqarxın üçotaqlı lüks mənzili Oberlandda qolf kurortunda yerləşir.

Bern-in əmlak idarəsi bildirib ki, dəbdəbəli kompleksin beşinci mərtəbəsində yerləşən üçotaqlı mənzil Rusiya Prezidentinin etibarlı adamı Peter Avenə məxsusdur.

Qeyd edək ki, yəhudi əsilli Peter Oleq oğlu Aven 22 fevral 1992-ci ildən eyni ilin 23 dekabrına qədər Rusiya Federasiyasının Xarici İqtisadi Əlaqələr naziri kimi fəaliyyət göstərib. Forbes jurnalına yazdığına görə, Peter Aven 2021-ci ildə 5,3 milyard dollarlıq şəxsi sərvəti ilə Rusiyanın 200 ən zəngin iş adamı siyahısında 30-cu yeri tutub. 2022-ci il fevralın 28-dən o, “Krımın ilhaqına və Ukraynanın sabitliyinin pozulmasına görə məsuliyyət daşıyan Rusiya liderindən maddi və ya maliyyə cəhətdən fəal dəstək alan” şəxs kimi Avropa İttifaqının sanksiyalarına məruz qalıb.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*