Putinin sevgilisinin İstanbulda lüks evi olduğu ortaya çıxdıbackend

Putinin sevgilisinin İstanbulda lüks evi olduğu ortaya çıxdı

Rusiya müxalifətinin aparıcı simalarından biri, rus əsilli israilli iş adamı Leonid Nevzlin Putinlə sevgili olduğu iddia edilən keçmiş gimnast Alina Kabayevanın Türkiyədə “iki dəbdəbəli evi” olduğunu bildirib. 

KONKRET.az xəbər verir ki, 39 yaşlı Kabaeva haqqında “Daily Mail”yə danışan  Nevzlin gənc qadının İstanbulda evi olduğunu bildirib. Nevzlin bu iddianın mənbəyini açıqlamayıb.

Bildirək ki, Rusiya və Ukrayna arasında müharibə davam edərkən, Böyük Britaniya, Aİ və Kanada Kabayevanın Putinə yaxınlığına görə ona qarşı sanksiyalar tətbiq edib.

Məlumdur ki, Putinin özündən 31 yaş kiçik olan sevgilisi Kabayevanın ixtiyarında Maybach limuzinləri parkı var və Moskvada səfərləri zamanı yüksək səviyyəli təhlükəsizlik tərəfindən qorunur. Kabayeva bədii gimnastika tarixində 2 olimpiya, 14 dünya  çempionatı və 25 Avropa çempionatı medalı ilə ən çox medal qazanan gimnastlardan biri kimi tanınır. İdmanı buraxdıqdan sonra siyasətə gələn Kabayeva Putinin partiyasından deputat seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*