Avstriyanın keçmiş xarici işlər naziri Knaysl təhdidlərə görə ölkəni tərk edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Knaysl ölümlə təhdid edildikdən sonra Avstriyadan çıxıb.
May ayında “Rosneft”in direktorlar şurasını tərk edən Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl bu barədə “Washington Post”a danışıb.
Xatırladaq ki, Knaysl 2017-2019-cu illərdə kansler Sebastyan Kurtsun dövründə Avstriyanın xarici siyasət idarəsinə rəhbərlik edib.
2021-ci ilin iyun ayında Knaysl müstəqil direktor kimi Rosneft-in direktorlar şurasına qoşulub. Onun namizədliyi Rusiya hökuməti tərəfindən irəli sürülüb. Amma bir il keçməmiş eks-nazir bu postu tərk edib.
Karin Kneissl adı Rusiyada 2018-ci ildə Rusiya prezidenti Vladimir Putinin toyunda iştirak etdikdən sonra geniş şəkildə tanınmağa başlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
