backend

Putinlə Ruhani son razılaşmalardan danışdı - İranın mövqeyi - ƏTRAFLI

Rusiya prezidenti Vladimir Putin və İranın dövlət başçısı Həsən Ruhani Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Məlumatda deyilir ki, İran tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb. Vladimir Putin İranlı həmkarına bölgədəki gərginliyi azaltmaq üçün Rusiyanın vasitəçiliyi ilə həyata keçirilən səylər barədə ətraflı məlumat verib.

İran Prezidenti humanitar məqsədlər üçün atəşkəsə dair Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli məsləhətləşmələrinin nəticələrindən sonra əldə olunan razılaşmaları və mümkün qədər tez sülh yolu ilə nizamlanmanın əldə olunması üçün substantiv danışıqların başlanmasını dəstəklədiyini bildirib.

İranın nüvə proqramı üçün Hərtərəfli Fəaliyyət Planının icrası ilə bağlı vəziyyət nəzərdən keçirilib. Bu əsas razılaşmanın beynəlxalq təhlükəsizlik üçün qorunmasının vacibliyi qeyd edilib.

Danışıqlarda ticarət-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə edilib. Koronavirus infeksiyasının yayılması ilə mübarizə problemlərinə, xüsusilə Rusiyanın Sputnik V peyvəndi ilə bağlı əməkdaşlıq perspektivlərinə diqqət yetirilib.

 

  • Çingiz
    Oktyabr 10, 2020 - 16:17

    O dığalar qırılmayınca ağıllanmaz !
    Atəşkəs rejimi olmayacaq. Tülkü paşinyan yeni təxribat axtarışındadır.
    Atətin minsk qrupu alçaq bir qrupdur.
    Bu münaqişəni elə yaradan onların dövlətləridir. Onlar bu münaqişəni həll edə bilməzlər. Bu qrupda Türkiyə Pakistan mütləq olmalıdır. Yoxsa hər şey fiyasko! erməni terrorçularını açıq şəkildə dəstəkləyən fransa ,erməniləri qafqazda yerləşdirib ermənistanı yaradan rusiya, yoxsa erməni diasporunun güclü olduğu iki üzlü ABŞ! Bunlarla olmaz.
    Böyük Erdoğan görək nə deyəcək?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*