Qaçırdığı avtomobillə taksi fəaliyyəti göstərirmişbackend

Qaçırdığı avtomobillə taksi fəaliyyəti göstərirmiş

Noyabrın 27-də paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bildirib ki, işdə olduğu vaxtda yaxın ərazidə saxladığı ona məxsus “Azsamand” markalı avtomobil qaçırılıb.

Bu haqda KONKRET.az-a DİN-dən məlumat verilib.

Xətai RPİ 37-ci polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı N.Məmmədov nəqliyyat vasitəsilə birgə saxlanılıb.

Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxs həmin avtomobili istifadə etməklə taksi fəaliyyəti ilə də məşğul olub.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*