Qadınların fəhlə bazarı nəzarətə götürüldü – Hökumətdən ciddi addımbackend

Qadınların fəhlə bazarı nəzarətə götürüldü – Hökumətdən ciddi addım

Bu günlərdə sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsində “Qadınların fəhlə bazarı” kimi tanınan, pərakəndə, qeyri-mütəşəkkil işçi bazarı barədə videosujet yayımlanıb.

KONKRET.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəhlə bazarında çalışan bir qrup qadını qeydiyyata alıb.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

“Yayımlanan videosüjetlə bağlı əməkdaşlarımız həmin ərazidə oldular.

Bura mütəmadi olaraq müxtəlif yaşlarda 10-12 qadın gələrək sifarişlərə uyğun qeyri-formal şəkildə müxtəlif işlərdə, əsasən də ilkin peşə hazırlığı tələb olunmayan müxtəlif ev təsərrüfatı işlərində gündəlik qazanc müqabilində işçi xidmətlərini təklif edirlər.

Aparılan söhbətlər əsnasında onların əsasən ölkənin bölgələrindən gəldikləri və işlə təmin edilmək üçün çoxlarının heç zaman məşğulluq orqanlarına müraciət etmədikləri müəyyən olunub.

Bunun səbəbini soruşduqda isə sadəcə sərbəst rejimdə və günəmuzd qazanc müqabilində işləməyi üstün tutduqlarını bildiriblər.

Həmin qadınlarla bağlı məlumatlar toplanıb, hər birinin mövcud ailə vəziyyəti, yaşayış vəziyyəti öyrənilib. Onların məşğulluğunun təmin edilməsi, müvafiq aktiv məşğulluq tədbirlərinə, eləcə də ödənişli ictimai işlər proqramına cəlb olunmaları üçün işlər aparılacaq. Eyni zamanda, işlə təmin olunduqdan sonra da mövcud ailə vəziyyətləri nəzərə alınmaqla mümkün sosial müdafiə tədbirləri, o cümlədən sosial yardım proqramı ilə əhatə olunmaları imkanları da araşdırılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*