“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.KONKRET.az Report-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Niderlandın “AZ Alkmaar” klubunun yarımmüdafiəçisi Fredrik Midtşyönü heyətinə qatıb.Norveç millisinin də formasını geyinən 29 yaşlı oyunçu “Cim-Bom”la müavilə imzalamaq üçün bu gün axşam saatlarına İstanbula gələcək.Qeyd edək ki, Fredrik Midtşyö ötən mövsüm Niderland Erediviziyasında 29 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.