Xalq artistinin səhhəti ilə bağlı açıqlamabackend

Xalq artistinin səhhəti ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, xalq artisti Zaur Rzayev bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

KONKRET.az xəbər verir ki, müğənninin yaxınları Axşam.az-a açıqlamasında Z.Rzayevin evə buraxıldığını bildirib:

“Səhhəti bir az düzəlib. Evdə müalicəsi davam edir. Həkimlərin nəzarətindədir. Ümid edirik ki, yaxşı olacaq”.

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*