“Qalıcı markalar yarada bilməmişik, problem budur” – Açıqlamabackend

“Qalıcı markalar yarada bilməmişik, problem budur” - Açıqlama

“Azərbaycanda qalıcı markalar yaratmağa cəhd edilməyib. Yerli istehsalın əsas problemi budur”.

KONKRET.az xəbər verir ki, bunu “Marketing Talks”un qonağı olan marketinq üzrə mütəxəssis Tural Abbaslı deyib:

“Trendyol artıq həyatımıza daxil olub. Amma o Azərbaycanda marketinq fəaliyyəti keçibmi? Bunu heç kim deyə bilməz. TV reklamları belə yoxdur. Burada biz uduzuruq. Markalar günü qurtarmağa çalışmaq üçün marketinq kommunikasiya fəaliyyətindədir. Biz qalıcı markalar yaratmağa cəhd göstərməmişik. Yerli istehsalın əsas problem budur. Hansı ki, məhsullar uzunmüddətli marka dəyəri formalaşdırmağa çalışmalıdır. Bu gün həmin şirkətlərin efirdə reklamı, aktiv kommunikasiya fəaliyyəti yoxdur”.

Aygün,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*