Qaqik Xaçatryana qarşı cinayət işinin təfərrüatı məlum olubbackend

Qaqik Xaçatryana qarşı cinayət işinin təfərrüatı məlum olub

Ermənistanın Baş Prokurorluğu tərəfindən sabiq maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Qaqik Xaçatryana qarşı başlanmış yeni cinayət işinin təfərrüatı ictimaiyyətə açıqlanıb.

KONKRET.az Ermənistan mediasına istinadən xəbər verir ki, istintaq orqanlarının məlumatına əsasən, sözügedən iş dörd fərqli epizodu özündə birləşdirir: mənzillər şəklində rüşvət, vəsaitlərin mənimsənilməsi, universitetə məxsus sahənin satılması və Gümrüdəki zavod üzərindən çirkli pulların yuyulması.

Baş Prokurorluqdan o da bildirilib ki, iyun ayında iki dəfə keçirilmiş tibbi ekspertizanın rəyinə əsasən, Xaçatryanın məhkəmə proseslərində iştirakına mane olacaq hər hansı sağlamlıq problemi müəyyən edilməyib.

Bununla yanaşı, Antikorrupsiya Məhkəməsində Xaçatryan ailəsinə mənsub 193 daşınmaz əmlak obyektinin, 29 şirkətin səhm paketinin, 1.4 milyard dollar dəyərindəki istiqrazların və 17.8 milyard dramlıq (50 milyon dollara yaxın – red.) qeyri-qanuni gəlirlərin dövlət nəfinə müsadirə edilməsi tələbi ilə bağlı məhkəmə işi davam edir.

Bir müddət əvvəl isə ailənin ABŞ-dəki malikanəsi 36 milyon dollara satılıb.\\oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*