Qara dənizdə mülki gəmiyə növbəti hücumbackend

Qara dənizdə mülki gəmiyə növbəti hücum

Qara dəniz akvatoriyasında Rusiya qüvvələri tərəfindən mülki gəmiyə qarşı növbəti hücum həyata keçirilib.

KONKRET.az xəbər verir ki, Ukrayna Hərbi Administrasiyasının (MBA) yaydığı məlumata görə, hücum nəticəsində Liberiya bayrağı altında üzən mülki gəmi hədəfə alınıb.

Hadisə baş verən zaman gəminin reyd zonasında olduğu, göyərtəsində heç bir ekipaj üzvünün və yükün daşınmadığı bildirilib.

Məlumata əsasən, sözügedən gəmi bundan əvvəl də Rusiya qüvvələrinin hücumları nəticəsində iki dəfə zədələnmişdi. Yeni hücumla əlaqədar gəmiyə dəyən son ziyanın miqyası və bölgədəki digər təhlükəsizlik tədbirləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*