“Qarabağ” klubu üç futbolçusu ilə vidalaşıb.
KONKRET.az bu barədə Ağdam təmsilçisinin rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir.
Məlumata görə, “Qarabağ” qapıçı Vaqner da Silva, müdafiəçilər Ailton Silva və Faysal Rerrasla sözləşmələri yeniləməyib.