Gürcüstanın “İmedi” telekanalının süjeti Ermənistanda yeni qalmaqala səbəb olub.
KONKRET.az xəbər verir ki, “İmedi” televiziyasında növbəti materialın təqdimatı zamanı ekranda süd məhsulu olan butulkalar peyda olub. Onların üzərində gürcücə “matsun”, ermənicə isə “Qarabağ Azərbaycandır, dolma da Azərbaycanındır” yazılıb.
Təbii ki, bu, erməniləri qəzəbləndirib.
“İmedi” teleşirkətindən bildiriblər ki, efirdə “Google” axtarış sistemindən fotodan istifadə olunub, texniki işçinin səhvi olub.
Televiziya şirkətinin saytında dərc olunan rəsmi açıqlamada səhvə görə üzr istənilib.
Ermənistanın Tbilisidəki səfirliyi bu məsələ ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıqlarını bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
