“Qarabağ”da “Zirə” ilə matç öncəsi İTKİLƏR VARbackend

"Qarabağ"da "Zirə" ilə matç öncəsi İTKİLƏR VAR

Azərbaycan Premyer Liqasının 26-cı turunda “Zirə” ilə qarşılaşacaq “Qarabağ” oyuna ciddi itkilərlə çıxacaq.

KONKRET.az xəbər verir ki, 25-ci turda “Sabah”la oyunda (1:1) qırmızı vərəqə ilə meydandan qovulan Patrik Andrade və mövsüm ərzində 4-cü dəfə sarı vərəqə alan Qara Qarayev “Zirə” ilə matçı buraxacaq.

Zədə səbəbindən “Qarabağ”ın son iki matçını buraxan kapitan Maksim Medvedevin də bu görüşdə iştirakı sual altındadır.

Mayın 8-d keçiriləcək “Qarabağ” – “Zirə” qarşılaşması saat 20:15-də başlayacaq.

Xatırladaq ki, “Qarabağ” ötən tur “Sabah”la görüşdə çempionluğunu rəsmiləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*