“Qarabağ erməniləri Ermənistandan yeni pasport ala bilməyəcək” – Abramyanbackend

"Qarabağ erməniləri Ermənistandan yeni pasport ala bilməyəcək" - Abramyan

“Qarabağda yaşayan ermənilər Ermənistan vətəndaşlığı olan pasportlarının müddəti bitdikdən sonra yeni əməliyyat edə bilməz”.

KONKRET.az xəbər verir ki, bu barədə Qarabağdakı qondarma qurumun “partiya sədri” Arşak Abramyan Facebook səhifəsində yazıb.

“Qarabağda yaşayan, lakin Ermənistan vətəndaşlığı olan şəxslərin pasportunun müddəti başa çatdıqdan sonra burada bu əməliyyatı həyata keçirmək mümkün deyil. Ona görə də bank kartlarının etibarlılıq müddəti və Ermənistandan alınan pensiyaların köçürülməsi mümkün olmayacaq.

Ermənistan hökuməti nəinki Qarabağdan əlini çəkib, hətta vətəndaşlarının taleyi ilə də maraqlanmır”, – deyə Abramyan gileylənib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*