Moskvanın Qarabağ ətrafındakı vəziyyətlə bağlı Qərblə müəyyən əlaqələri olub, lakin “Politico”nun yazdığı kimi deyil.
KONKRET.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Onların təsvir etdiyi kimi deyil. Bu materialda çoxlu qeyri-dəqiqliklər, çoxlu səhvlər var. Qarabağla bağlı müəyyən təmaslar olub. Amma bu, orada yazılan danışıqlar deyil”, – Peskov deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Brüssel və Vaşinqton böhran başlamazdan əvvəl Qarabağ mövzusunda görüş keçirmək üçün Moskvaya yaxınlaşıb. Görüşdə Rusiya, ABŞ və Aİ Qarabağla bağlı müntəzəm fikir mübadiləsi aparıblar. “Bunun sirri yoxdur. Bu, adi fikir mübadiləsi idi”, – Zaxarova qeyd edib.
Qeyd edək ki, bundan əvvəl “Politico” ABŞ, Aİ və Rusiya nümayəndələri arasında Türkiyədə aparılan gizli danışıqlar barədə məlumat yayıb.
Ariz Həsənoğlu,
KONKRET.az
