“Qarabağ”ın oyununa 4 saata 13 min 500 bilet satıldı – YENİLƏNİBbackend

“Qarabağ”ın oyununa 4 saata 13 min 500 bilet satıldı - YENİLƏNİB

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində avqustun 3-ü “Ferenstvaroş”a  (Macarıstan) qarşı keçirəcəyi ev oyunu biletlər bu gün saat 11:00-da satışa çıxarılıb.

Klubun mətbuat xidmətindən KONKRET.aza verilən məlumata görə, 4 saat ərzində 13 min 500 bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-22:00).

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.

13:37

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Ferentsvaroş” (Macarıstan) oyununun biletləri satışa çıxarılıb.

KONKRET.az Ağdam klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Iticket.az”ın satış məntəqələrindən (“iticket.az”da onlayn satış), “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopundan, eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən əldə etmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*