“Qarabağ”ın sabiq oyunçusu Ukraynada ağır YARALANDIbackend

"Qarabağ"ın sabiq oyunçusu Ukraynada ağır YARALANDI

“Qarabağ”ın sabiq futbolçusu Aleksandr Voskoboynik Ukraynadakı müharibədə ağır yaralanıb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, ukraynalı veteran hücumçu qondarma Donetsk və Luqansk “xalq respublikaları”nda səfərbərlik zamanı Rusiya ordusuna cəlb olunub. Voskoboyniklə yanaşı, digər sabiq forvard Vadim Sladki də döyüş əməliyyatlarına qatılıb.

İddiaya görə, hər iki futbolçu öz ölkələrinə qarşı vuruşmağa məcbur ediliblər. Donetskdəki küçə döyüşlərində Sladki öldürülüb, Voskoboynik isə ağır güllə yarası alıb. Onun paytaxt Moskvaya aparıldığı bildirilib.

Qeyd edək ki, Aleksandr Voskoboynik 2005-ci ildə “Qarabağ”ın formasını geyinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*