“Qarabağ məsələsi bağlanıb” – Mixail Evdokimovbackend

“Qarabağ məsələsi bağlanıb” - Mixail Evdokimov

“Qarabağla bağlı məsələ bağlanıb”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanla Azərbaycan sülh müqaviləsi ilə bağlı layihələri birbaşa olaraq mübadilə edirlər: “Mənim fikrimcə, Azərbaycan tərəfinin təklif etdiyi bir qayda olaraq, tərəflər arasında sülh müqavilələrində mövcud olan tamamilə əsaslandırılmış, standart müddəa və maddələrdir. Mənə elə gəlir ki, Bakının irəli sürdüyü təkliflər əsasında bu danışıqları kifayət qədər tez başa çatdırmaq mümkündür”.

Rusiyalı diplomat əlavə edib ki, hazırda Moskva tərəflər arasında sülh müqaviləsi ilə bağlı danışıqlara maksimum dəstək verməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*