“Biz Qarabağ məsələsinin nizamlanması üzrə danışıqlar prosesini bilərəkdən və məqsədyönlü şəkildə həyata keçiririk”. KONKRET.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnaçakanyan bunu brifinqdə bəyan edib.
“Erməni tərəfi heç vaxt prosesi uzatmayıb və üstəlik, onun uğurlu gedişatına çalışmışıq. Çətinlik yoxdur. Hər halda, bizi narahat edən problemlər üzərində işimizi sakit və qoyuqqanlı şəkildə davam etdiririk, çünki bu, ölkəmizin və ümumilikdə bölgənin təhlükəsizliyinə aiddir”, – deyə nazir bildirib.
Eyni zamanda, Mnaçakanyan növbəti nazirlər görüşünün yaxın vaxtlarda Bratislavada keçiriləcəyini açıqlayıb: “Ölkələrin liderlərinin də görüşünün təşkili üçün bəzi razılaşmalar və fikirlər var, ancaq bu yolda işlər görülməlidir. Ən başlıcası, bu məsələdə diqqətimizi cəmləşdirməyimizdir – tərəflərin öhdəliklərinin müqayisə edildiyi görüşü təmin etməliyik”.
