Qarabağ qazisi faciəvi şəkildə öldübackend

Qarabağ qazisi faciəvi şəkildə öldü

Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

KONKRET.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Nağıyev Məhəmməd Böyükağa oğlu yaşadığı evin həyətində yerləşən su quyusuna düşərək boğulub.

Meyit Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, M.Nağıyev Birinci Qarabağ Müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*