“Qarabağ” qrup mərhələsinin ilk matçında məğlub oldubackend

“Qarabağ” qrup mərhələsinin ilk matçında məğlub oldu 

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirib.

KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

Ardıcıl 7-ci dəfə avrokubokların qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri İsraildə Təl-Əviv “Makkabi”si ilə görüşüb. İ qrupunun I turu çərçivəsində keçirilən görüş erkən qolla başlayıb.

Matçın taleyini də bu bir qol həll edib. İlk yarının əvvəlində fərqlənən meydan sahibləri bu qol sayəsində qələbə qazanıb – 1:0.

Qeyd edək ki, II turun oyunları oktyabrın 29-da keçiriləcək. “Qarabağ” ilk ev görüşündə İspaniya təmsilçisi “Vilyarreal”la üz-üzə gələcək. Matç Türkiyənin İstanbul şəhərində baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*