Qarabağ separatçıları Beqlaryan üçün yeni “vəzifə” fikirləşirlər – VİDEObackend

Qarabağ separatçıları Beqlaryan üçün yeni "vəzifə" fikirləşirlər - VİDEO

Qarabağ separatçılarının keçmiş “dövlət naziri” Artak Beqlaryan üçün yeni “vəzifə” fikirləşirlər.

KONKRET.az xəbər verir ki, bu barədə Beqlaryan özü deyib.

“Qarabağın müdafiəsi və erməni gələcəyi milli səylər və resurslarla təmin edilməlidir.

Məni yeni vəzifəmdə görəcəksiniz. İndi biz “prezident” və Ruben Vardanyanla mənim hansı funksiyaları yerinə yetirməli olacağımı müzakirə edirik. Mənim üçün önəmli olan status yox, xidmətdir. Bu isə mənim imkanlarıma uyğun olaraq təcili müəyyən olunacaq. Mən kölgədə olmayacağam, çox fəal olacam, Ruben Vardanyanı fəal şəkildə dəstəkləyəcəm ki, Qarabağda proqramlaşdırılmış islahatlarımızın planını həyata keçirə bilək”, – deyə Beqlaryan bildirib.

Videodan belə görünür ki, Beqlaryanın işdən çox xəstəxanaya ehtiyacı var…

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*