Qarabağ suvarma kanalının Ağcabədi rayonundan keçən hissəsində bir nəfər batıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Hazırda vətəndaş – 1980-ci il təvəllüdlü Adil Əsəd oğlu Əsədovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
